Çin ərazisində həlak olmuş sovet hərbçilərinin cəsədlərinin axtarışlarına başlanılacaq

04:33 12 May 2015
18 Dünya
Ölkə mətbuatı
A- A+


Pekin, 12 may, AZƏRTAC
Çin və Rusiya İkinci Dünya müharibəsinin gedişində Çin ərazisində həlak olmuş sovet hərbçilərinin cəsədlərinin qalıqlarını axtaracaq.
Axtarışlar əsasən 1945-ci ilin avqustunda sovet hərbçilərinin Çinin şimal-şərqində yapon qüvvələrinə qarşı vuruşduğu Xeyloncian əyalətindəki Xuoşao dağları və Mudancian şəhəri ərazisində aparılacaq. Ehtimallara görə, həmin döyüşlərdə 413 sovet hərbçisi həlak olub.
2012-ci ildə yerli fermerlərdən biri həmin ərazidə 4 cəsəd aşkarlamışdı. Sonradan həmin cəsədlərin İkinci Dünya müharibəsində həlak olmuş sovet əsgərlərinə aid olduğu təsdiqlənmişdi.
İkinci Dünya müharibəsinin gedişində Çinin yapon işğalçılarından azad edilməsində sovet ordusunun böyük rolu olub. Həmin döyüşlərdə həyatını itirmiş yüzlərlə sovet əsgəri, o cümlədən azərbaycanlı döyüşçülər Çin ərazisində dəfn olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüusi müxbiri
Pekin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHin_erazisinde_helak_olmus_sovet_herbchilerinin_cesedlerinin_axtarislarina_baslanilacaq-854161

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR