Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da... - Politoloq

Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da... - Politoloq
23:23 5 Avqust 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində meydanda çıxışı zamanı “Arsax Ermənistandır” deməsi daxili auditoriyaya hesablanıb.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı səsləndirdiyi fikirləri şərh edən politoloq Elxan Şahinoğlu deyib.

"Məsələn, Paşinyan sonrakı cümləsində deyib ki, “qarabağlı”, “irəvanlı”, “icevanlı” yanaşmalarına son qoymaq lazımdır, “hamımız erməniyik”. Demək, ermənilər arasında açıq olmasa da, “irəvanlı” və “qarabağlı” ayrımı var ki, Nikol Paşinyan qarabağlıları qarşısında görmək istəmir. Halbuki, ona qarşı ən böyük gücü məhz Dağlıq Qarabağdan olan ermənilər formalaşdırıb. Bu durumu dəyişmək onun gücündə deyil, həmin ermənilər vaxtilə Levon Ter-Petrosyanı devirdilər, indi də Paşinyana qarşı blok formalaşdırırlar", - politoloq qeyd edib.

Onun sözlərinə görə, Paşinyanın Xankəndində erməni auditoriyasına hesabladığı çıxışdan asılı olmayaraq, rəsmi Bakı bu çıxışa iki şəkildə reaksiya verməlidir:

"Birincisi, beynəlxalq təşkilatlardan Paşinyanın çıxışına reaksiya tələb olunmalıdır. Çünki Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi yanaşması danışıqların sona çatdırılması və müharibənin elanı anlamına gəlir. İkincisi, Azərbaycandan yüksək səviyyədə Paşinyanın “Arsax Ermənistandır” açıqlamasına ən azı bu şəkildə cavab verilməsi məqsədəuyğundur: “Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da Azərbaycandır”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/286695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR