Beynəlxalq nüfuza malik "Abu Dhabi national Pro" ilk dəfə Azərbaycanda keçirildi

Beynəlxalq nüfuza malik "Abu Dhabi national Pro" ilk dəfə Azərbaycanda keçirildi
07:12 6 Avqust 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda yerləşən "Sərhədçi" idman və olmpiya mərkəzində idmanın Braziliya Ciu-Citsu növü üzrə beynəlxalq turnir keçirilib.
Report xəbər verir ki, keçirilən çempionatda dünyanın 13 ölkəsindən gəlmiş 30 komandanın idmançıları iştirak ediblər. Ümumilikdə 172 idmançının gücünü sınadığı yarışda müxtəlif çəki dərəcələri və kəmər sahibləri birincilik uğrunda mübarizə aparıb.
Tədbirin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirinin Protokol rəisi Şiraslan Kərimov ölkə rəhbərliyinin idmana ayırdığı diqqət və qayğıdan danışıb. Dünyanın tanınmış Braziliya Ciu-Citsu məktəblərindən sayılan “Ludus” məktəbinin təsisçisi və rəhbəri Braziliya Ciu-Citsu idman növü üzrə 3-cü dan qara kəmər sahibi Aleksandr Deda Faria Azərbaycanda bu idman növünün artıq kifayət qədər tanındığını və günü-gündən populyarlaşdığını bildirib. 
Daha sonra çıxış edən Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov tədbirlə bağlı öz təəssüratlarını paylaşaraq Azərbaycan idman tarixində bir ilkə imza atdıqlarını deyib. 
Braziliya Ciu-Citsu idman növü üzrə beynəlxalq yarış və turnirlərin keçirilməsi bir neçə nüfuzlu qurumun əlində cəmləşmişdir ki, bunlardan biri də Əbu Dabi Federasiyasıdır. Azərbaycanda isə bu idman növü üzrə artıq neçə illərdir ki, yerli yarış və çempionatlar keçirilməsinə baxmayaraq ölkəmiz bu dman növü üzrə ilk dəfədir ki, belə böyük bir turnirə ev sahibliyi edir. Belə mötəbər yarışın ölkəmizdə keçirilməsində Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin böyük rolu olub.
Tədbirdən sonra yarış üçün Azərbaycana gələn idmançılar öz güclərini sınamağa başlayıblar. Yarışın sonunda komanda hesab ilə Azərbaycan komandası birinci yerə çıxıb və təltif olunub.


Xəbərin orijinal ünvanı: https://report.az/komanda/beynelxalq-nufuza-malik-abu-dhabi-national-pro-ilk-defe-azerbaycanda

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR