Belçikalı qadın yol qəzasından sonra 6 gün kömək gözləyib

Belçikalı qadın yol qəzasından sonra 6 gün kömək gözləyib
08:52 6 Avqust 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Belçikada 45 yaşlı Korin Bastida yol qəzasından sonra 6 gün kömək gözləyib.
“Report” xəbər verir ki, bu barədə RTBF məlumat yayıb. Qeyd olunub ki, onun avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı kanala aşıb.
Qəza nəticəsində qadın onurğasını zədələyib və avtomobildən çıxması mümkünsüz olub. Bundan başqa o, mobil telefon vasitəsilə də heç kimlə əlaqə saxlaya bilməyib. Bastida hərəkət etmək istəyən zaman isə huşunu itirirmiş.
Susuzluğunu yatırmaq üçün qadın yaş budağı yalayırmış. Sonda 45 yaşlı qadını könüllülər tapıb. Korin Bastida dərhal xəstəxanaya aparılıb və onun əməliyyat ediləcəyi deyilir. 


Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/belcikali-qadin-yol-qezasindan-sonra-6-gun-komek-gozleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR