Qəbələdə toyda kütləvi zəhərlənmə hadisəsi olub

Qəbələnin Zərgərli kəndində toy mərasimindən sonra 75 nəfər zəhərlənmədən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Metbuat.az xəbər verir ki, ki, ilkin məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, 52-si kişidir. Hazırda müraciət edənlərin hamısına lazımi yardım göstərilib.

Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR