İbrahim Tatlısəs oğluna görün nə söz verdi FOTO

İbrahim Tatlısəs oğluna görün nə söz verdi FOTO
05:21 12 May 2015
266 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs pərəstişkarlarını sevindirəcək.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirdikdən sonra ötən həftənin cümə axşamı gecəsi Türkiyəyə qayıdan məşhur türk müğənnisi İbrahim Tatlısəsin yenidən musiqi fəaliyyətinə start verəcəyi bildirilir. Bu barədə oğlu İdo danışıb.

İstanbulun Etiler bölgəsində dostları ilə əylənən İdo Tatlısəs müxbirlərlə rastlaşıb və onların suallarını cavablandırmalı olub.

Mayamidə keçən günlərin atası tərəfindən ayrıca mətbuata açıqlanacağını bildirən İdo, atası üçün oraya xoşladığı çiy köftə apardıqlarını deyib.

Bundan başqa, o, yeni albomunda ifa etdiyi mahnılardan da söz açıb. Lakin atasının mahnıları çox da bəyənmədiyini etiraf edən sənətçinin oğlu, atasının ona duet oxumaq barədə söz verdiyini də qeyd edib.

Xatırladaq ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmamışdı. Məşhur türküçü beynində qırılan sümüyün çıxarılması üçün Mayamidə bu il martın 9-da yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşmışdı. 6 gün komada qalan İbonun hazırda vəziyyətinin yaxşıya doğru getdiyi vurğulanır.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=343839

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR