Hamilələrin evində Wi-Fi olmamalıdır

Hamilələrin evində Wi-Fi olmamalıdır
10:54 16 Yanvar 2015
133 Dünya
Ölkə mətbuatı
A- A+

“Forbes” jurnalı internet və cib telefonları ilə bağlı yeni bir araşdırma yayımlayıb. Araşdırmaya görə, xərçəngə səbəb olan 250 maddə arasında televizor, radio, mikrodalğalı soba, cib telefonu və kablosuz internet(Wi-Fi) yer alır. Musavat.com verdiyi xəbərə görə, alimlər məsləhət görür ki, uşaqları mümkün qədər bu dalğalardan qorumaq lazımdır. Elektromaqnit dalğalara uzun müddət məruz qalan insanlarda xərçəng riski artır, başqa xəstəliklər yaranır. İnsanların məruz qaldığı elektromaqnit dalğaların xərçəngə keçmə dövrü isə 30 il və daha çox hesablanır. "Wi-Fi bizi yavaş-yavaş öldürürmü" başlıqlı məqalə yazan alim Mark Gibbsin fikrincə, 50-100 il sonra dönüb geriyə baxanda cib telefonu və kablosuz internetin insanlıq tarixinin ən böyük sağlıq krizinə səbəb olmasına təəccüblənə bilərik. Riskin ən yüksək olduğu dönəm isə körpənin hələ ana bətnində olduğu dönəmdir. Hamilələrin evində Wi-Fi olmamalı, cib telefonu isə onlardan uzaqda olmalıdır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190509

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR