Məşhur aktyordan pis xəbər

Məşhur aktyordan pis xəbər
05:56 12 May 2015
Ölkə mətbuatı
A- A+

Avstraliyalı aktyor və muğənni Hyu Cekman (Hugh Jackman) pərəstişkarlarını kədərləndirib.

ANS PRESS-in məlumatına görə, "X adamlar”, "Prestij”, "Fontan”, "Avstraliya”, "Van Helsing”, "Keyt və Leo” filmlərində yaratdığı rollarla milyonların sevgisini qazanan Hyu Cekman ötən günlərdə artıq “Wolverine”a çəkilməyəcəyini bildirib.

Cekman son olaraq “Wolverine 3”ə çəkiləcəyini vurğulayıb. O, bu barədə Avstraliyada qonağı olduğu verilişlərdən birində deyib.

“Məncə, artıq “Wolverine”dan əl çəkməyin vaxtı çatıb. Düz 17 ildir bu rolu oynayıram. Bu imkanı mənə təqdim edən pərəstişkarlarıma təşəkkür etməyi borc bilirəm, amma üçüncü film məncə yaxşı vida olmalıdır”, – deyə məşhur aktyor bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=343841

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR