Ərdoğan: Türk Şurasının iclası Bakıda keçiriləcək

Ərdoğan: Türk Şurasının iclası Bakıda keçiriləcək
15:17 6 Avqust 2019
58 Ölkə
Ölkə mətbuatı
A- A+

"Türk Şurasının onuncu iclası Bakıda keçiriləcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfirlərlə görüş zamanı deyib.

Türkiyəli liderin sözlərinə görə, iclas bu ilin oktyabrında baş tutacaq.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyə türkdilli ölkələr arasında münasibətləri daha çox möhkəmləndirir.

Türkiyə Prezidenti qeyd edib: "Türkdilli ölkələr arasında münasibətlərin inkişafı Ankaranın xarici siyasətinin prioritetlərindən biridir".

Qeyd edək ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, ÖzbəkistanQırğızıstan daxildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/776266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR