Azərbaycanda nağd pul kütləsi azalıb - SƏBƏB

Azərbaycanda nağd pul kütləsi azalıb - SƏBƏB
15:52 6 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin manatla geniş pul kütləsində xüsusi çəkisi 2018-ci ilin əvvəlindəki 60,1 faizdən cari ilin iyun ayının sonuna 52,9 faizə enib ki, bu da şəffaflaşma və nağdsız ödənişlərin genişləndirilməsi nəticəsində mümkün olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, iqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən ƏDV ödəyicilərinin və aktiv obyektlərin sayında da biruzə verir. Cari ilin iyul ayının 1-nə ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz, aktiv obyektlərin sayı isə 14 faiz artıb.

M.Cabbarov əlavə edib ki, "kölgə" iqtisadiyyatının miqyasının azaldılmasına yönəlmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşması mühüm yer tutur:

"Cari ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əmək haqlarının 8 min manatadək olan hissəsinin 7 il müddətinə gəlir vergisindən azad edilməsi artıq mühüm fiskal nəticələr verməkdədir. Güzəştin tətbiqi nəticəsində cari ilin 6 ayı ərzində qeyri-dövlət bölməsində 77 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində 101 mindən çox artmış əmək müqavilələri sayının 75 faizini təşkil edir. Ən son məlumata görə cari ilin 7 ayının yekunu üzrə ölkədə cəmi əmək müqavilələrinin sayında ilin əvvəlindən 109 minə qədər, o cümlədən qeyri-dövlət bölməsində 84 minə qədər artım olub".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/776272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR