Azərbaycanda rabitə sahəsində vergi daxilolmaları 48% artıb

Azərbaycanda rabitə sahəsində vergi daxilolmaları 48% artıb
15:57 6 Avqust 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-iyun aylarında qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. 
Bu barədə “Report”a Vergilər Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (48%), bank və sığorta sektorunda (45%), nəqliyyat sahəsində (23%), xidmət sektorunda (21%), tikinti sahəsində (7,7%), digər fəaliyyət sahələrində (19,8%) qeydə alınıb.
Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin olunmaqdadır.
2019-cu ilin yanvar-iyun aylarında regionlardan vergi daxilolmaları 12,6% artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 10%-ə yüksəlib.
Əmək bazarında şəffaflaşma proseslərinəbaşlanılması, nəticədə işçi sayının və əmək haqqı fondunun yüksək artım dinamikasının müşahidə olunması şəraitində sosial sığorta haqları üzrə daxilolmalar 16,3% artaraq 1 milyard 273 milyon manat təşkil edib, proqnoz 112,5% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18% artıb, proqnoz 116% icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 47% artaraq 48 mln. manat təşkil edib, proqnoz 116% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 60% artıb, proqnoz 121% icra edilib.
Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta və işsizlikdən sığorta haqları üzrə cari il üçün yığım proqnozu toplam 365 milyon manat artırılıb. Qeyri-neft sektorunun özəl bölməsində çalışan muzdlu işçilərə gəlir vergisi üzrə güzəştlərin tətbiqi nəticəsində ilin sonuna gözlənilən 300 milyon manat vergi itkilərinin sosial və işsizlikdən sığorta haqlarının artımı hesabına tam olaraq kompensasiya ediləcəyi nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-rabite-sahesinde-vergi-daxilolmalari-48-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR