Zelenski Türkiyəyə gəlir

Zelenski Türkiyəyə gəlir
16:48 6 Avqust 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edəcək.

Publika.az xəbər verir ki, prezident türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 7-8 avqustda Ankarada rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Ukrayna münasibətləri nəzərdən keçiriləcək, əməkdaşlığın genişləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Görüşlərdə ikili münasibətlərlə yanaşı, Qara dəniz bölgəsində sülh və sabitliyin qorunması da daxil olmaqla, regional və beynəlxalq mövzularda fikir alış-verişi aparılacaq.

Zelenski daha sonra İstanbulda müxtəlif görüşlərə qatılacaq.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/286769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR