"Eurovision"da sürpriz ad

"Eurovision"da sürpriz ad
10:56 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

İlin ən önəmli mahnı müsabiqələrindən biri hesab edilən "Eurovision" İspaniyanı bu il sürpriz bir ad təmsil edəcək. ANS PRESS-in məlumatına görə, İspaniya müsabiqəyə "Mançestr Yunayted"in qapıçısı David de Xeyanın sevgilisi Almaqro təmsil edəcək.

Bu barədə qərar ötən gün keçirilən mətbuat konfransında açıqlanıb. Bu qərardan sonra Devid De Xeya sevgilisinin təriinə başlayıb.

"Twitter" hesabından qıs dostu ilə şərh yazan oyunçu belə yazıb. ""Eurovision"da bizi səndən yaxşı təmsil edən olmaz. Səninlə qürur duyuram".

29 yaşlı müğənni sevgilisinin bu seçimdən razı olduğunu deyib. "Devid mənə görə çox sevindi. Dostlarım və ailəm də sevinclidir. Düşünürəm ki, finalda Devid İngiltərə çempionatı ilə məşğul olacaq. Ancaq ümid edirəm ki, o ailəsi və dostları ilə final mərhələsində iştirak edə biləcək".

Qeyd edək ki, Almaqro müsabiqədə "Şəfəq" mahnısını ifa edəcək.

Bu il mahnı müsabiqəsi Avstryada may ayının 12,14,16-da baş tutacaq. İspaniya bir başa final mərhələsində iştirak edəcək.








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR