Azərbaycanlı həkim arıqlamaq üçün çox su içməyi təklif edən dietoloqları ifşa etdi

Azərbaycanlı həkim arıqlamaq üçün çox su içməyi təklif edən dietoloqları ifşa etdi
19:03 6 Avqust 2019
Ölkə mətbuatı
A- A+

“Sosial şəbəkələrdə həkimlər, dietoloqlar insanlara bacardıqca çox su içməyi məsləhət görür. Arıqlamaq istəyən xanımlar diqqqətlə qulaq asır. Soruşurlar ki, həkim, axı içə bilmirik, qusmağımız gəlir, necə içək? Cavabında deyir ki, içinə limon sıxın, zəncəfil atın içə biləcəksiniz. Toksinləri yuyub apardığı deyilir. Xatırlatmaq istəyirəm ki, bizim hipotalamusda susuzluq mərkəzi var. Orada yerləşən osmoreseptorlar qanda Na səviyyəsi yüksəldikcə bizə məlumat verir. Və biz susayırıq. Normal adama su içmək üçün xüsusi xəbərdarlıq lazım deyil”.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış anestezioloq və reanimatoloq Şahin Məmmədov deyib. O bildirib ki, lazım olduğundan artıq su qəbulu su zəhərlənməsinə səbəb ola bilər:

“Səslənməsi qorxulu olmasa da, su zəhərlənməsi başağrı, ürəkbulanma, qıcolma, hətta ölümə səbəb ola bilər. Mexanizm belədir: Nə qədər suyun hüceyrə daxilində, nə qədər suyun da hüceyrə xaricində olmasını qanda Na səviyyəsi təyin edir. Çox su içilməsi elektrolit disbalansı yaradır. Bir çox suda həll olunan vitaminlər: K, Ca, Mg da bədəndən kənarlaşdırılır. Amma ən pisi qanda Na azalmasıdır. Qanda Na azalması hiponatremiya adlanır. Hüceyre daxilindəki Na isə hələ ki, normal qaldığı üçün suyu hüceyrə daxilinə çəkir. Başqa toxumalar şişdikdə elə bir qorxu törətməsə də, sinir hüceyrələri şişdikdə sümükdən olan kəllə qutusu onları sıxır. Buna baş-beyin ödəmi deyilir. Yüngül hallarda baş-ağrıları kimi özünü göstərir. Daha ağır hallarda isə ölümə səbəb olur.

Ölüm halları idman etdikdə, tərlə çox Na itirdikdə, əvəzində isə çoxlu saf su içdikdə baş verir. Ən yaxşı işləyən böyrəklər 1 saatda maksimum 1 litr su qova bilir. Əgər siz 1 saat ərzində 1 litrdən çox su qəbul etsəniz, bədəninizdə gecikən artıq maye Na-nın durulaşmasına – su zəhərlənməsinə səbəb olacaq. Sonda Nizami Gəncəvinin hikmətli kəlamını xatırlatmaq istərdim: Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/286736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR