Kiprdə Azərbaycana qarşı növbəti təxribat - “Qarabağ”ın oyununda erməni bayrağı

Kiprdə Azərbaycana qarşı növbəti təxribat - “Qarabağ”ın oyununda erməni bayrağı
23:37 6 Avqust 2019
115 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Kiprin paytaxtı Nikosiyada keçirilən APOEL - "Qarabağ" oyununda təxribata əl atılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, oyunun keçirildiyi QSP arenasında meydanın "Qarabağ"a aid olan hissəsinə yaxın yerdə Yunanıstan bayrağı ilə yanaşı Ermənistan bayrağı da asılıb.

Hazırda Kiprdə olan "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov belə deyib: "O bayraqdan xəbərimiz var. Biz daha əvvəl də bu barədə UEFA nümayəndələri ilə danışmışıq. Əgər qondarma Dağlıq Qarabağ bayrağı olsaydı, onu deyib yığışdırmaq olardı. Amma Ermənistan müstəqil dövlət olduğu üçün təəssüf ki, buna qarışmaq imkanımız yoxdur".

Qeyd edək ki, daha əvvəllər də Azərbaycan klubları bu ölkədə oynayarkən Kipr yunanları və ermənilərin təxribatı ilə üzləşib. Belə ki, "Neftçi"nin APOEL və "Qəbələ"nin "Apollon"la görüşlərində Azərbaycan bayrağı yandırılıb, qondarma Dağlıq Qarabağın bayrağı yüksəldilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/776384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR