Türkiyənin yeni strategiyası: Tramp bunu unutmaq istəyir, amma...

Türkiyənin yeni strategiyası: Tramp bunu unutmaq istəyir, amma...
11:13 7 Avqust 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Ankara ABŞ-ın dediyini etməsə də, bu ölkə ilə ipləri tam qırmır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu son günlər düşünülmüş incə siyasət yürüdürlər. Hər ikisinin dediklərini ümumiləşdirsək, bu alınır: “ABŞ prezidenti Donald Tramp yaxşıdır, Konqres isə pis və ümid edirik ki, Ağ Evin yaxşı sahibi Türkiyə əleyhinə sanksiya qərarlarının qüvvəyə minəcəyinə şərait yaratmayacaq”.

Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Siyasi ekspert bildirib ki, Ərdoğanla Çavuşoğlu haqlıdır: “Trampın açıqlamalarından hiss olunur ki, o, Ankaranın Rusiyadan raketlər almasına və Vaşinqtonun rəyinə nəzərə almadan Suriyaya hərbi müdaxiləyə hazırlaşmasına baxmayaraq, Türkiyəyə simpatiya ilə yanaşır. Ağ Ev sahibi Rusiya və Çindən fərqli olaraq keçmiş müttəfiqinə qarşı sanksiya tətbiq etmək istəmir. Ancaq Konqresin Türkiyəyə sanksiya mövzusunda Trampa təzyiqi getdikcə artır və konqresmenlərin əsas arqumenti budur: “Bu gün sözümüzə baxmayan Türkiyəni cəzalandırmasaq, sabah digərləri də sözümüzə baxmayacaq”. Trampın bu çətin vəziyyətdə hansı qərar verəcəyini söyləmək çətindir. O, Türkiyənin Rusiyadan raketlər almasını unutmaq istəyir, ancaq qarşıda prezident seçkisi var və o, Konqresdəki tərəfdarlarının rəyini də qulaqardına vura bilməz. Ona görə də Ankara ən pis ssenariyə hazırlaşmalıdır. Təsadüfi deyil ki, Mövlud Çavuşoğlu Türkiyənin xarici ölkələrdəki səfirləri ilə birgə toplantıda çıxışı zamanı xarici siyasətdə yeni istiqaməti göstərdi: “Asiya açılımı”. Başqa sözlə, “Qərbdəki müttəfiqlərimizdən bir şey çıxmadı və onlar düşmənlərimizin (PKK, FETÖ) yanında yer aldılar, ona görə yeni dostlarımızla əlaqələri genişləndirək”. Ancaq Rusiyanın və Çinin timsalında bu yeni dostlara etibar etmək olarmı?"

Politoloq bildirib ki, bu suallar gələcək illərdə daha da aktuallaşacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/286835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR