x
Loading...

Azərbaycan səfirliyi faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə İordaniyada keçirilən tədbirdə iştirak edib

Azərbaycan səfirliyi faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə İordaniyada keçirilən tədbirdə iştirak edib
07:53 12 May 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+


Əmman, 12 may, AZƏRTAC
Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyi münasibətilə Azərbaycanın, Rusiyanın və Qazaxıstanın İordaniyadakı səfirliklərinin birgə təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.
Rusiyanın İordaniyadakı səfirliyində keçirilən tədbirdə çıxış edən bu ölkə səfirinin xanımı T.Bolotina faşizmə qarşı vuruşan xalqların, o cümlədən Azərbaycan, qazax və rus xalqlarının şücaətindən və göstərdikləri qəhrəmanlıqdan danışıb.
Sonra müharibə illərini əks etdirən səhnəciklər nümayiş etdirilib.
Tədbirdə Azərbaycan-İordaniya, Rusiya-İordaniya, Qazaxıstan-İordaniya Dostluq cəmiyyətlərinin sədrləri, İordaniyanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri iştirak ediblər.
Əlamətdar gün münasibətilə Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan səfirliklərinin əməkdaşları arasında futbol yarışı da keçirilib. Yarışda birinci yeri tutan Qazaxıstan səfirliyinin komandasına kubok təqdim edilib. İkinci yeri tutan Azərbaycan, üçüncü yerdə qərarlaşan Rusiya və üçüncü pillədə olan Qırğızıstan səfirliklərinin təmsilçilərinə isə qiymətli hədiyyələr təqdim olunub.
Kubok və hədiyyələri mükafatçılara Azərbaycanın və Rusiyanın İordaniyadakı səfirləri təqdim ediblər.
Asya Hacizadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sefirliyi_fasizm_uzerinde_Qelebenin_70_illiyi_munasibetile_Iordaniyada_kechirilen_tedbirde_istirak_edib-854167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR