Komitə: "Qurban bayramının "ət bayramı" kimi təqdim edilməsi onu mahiyyətindən uzaqlaşdırır"

Komitə: "Qurban bayramının "ət bayramı" kimi təqdim edilməsi onu mahiyyətindən uzaqlaşdırır"
12:52 7 Avqust 2019
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Qurban bayramının "ət bayramı" kimi təqdim edilməsi onu mahiyyətindən uzaqlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı "Dini bayramlar, ənənə və müasirlik" mövzusunda keçirilən konfransda deyib.

Qurban və Ramazan bayramının Azərbaycanın iki ən böyük dini bayramı olduğunu nəzərə çatdıran S.Salahlı hər iki bayramın bütün İslam dünyasında qeyd olunduğunu söyləyib:

"Təəssüf ki, bəziləri Qurban bayramını "ət bayramı", "ət bolluğu" bayramı kimi təqdim edirlər. Ancaq bu yanaşma bayramı mahiyyətindən uzaqlaşdırmaq deməkdir. Bayramların fəlsəfəsi insanları bir araya gətirir. Qurban bayramının mahiyyətini hər kəs bilir. Mahiyyət odur ki, Həzrəti İbrahim Allah qarşısında sədaqətli bəndə olduğunu göstərmək istəyir. Əti keçmiş zamanlarda varlı insanlar yeyərdilər. Allah-təala bu bayramı göndərib ki, yoxsul insanlar da ət yesinlər. Ramazan bayramına da pəhriz bayramı kimi baxmaq lazım deyil. Bu bayram insanın Allah qarşısındakı imtahanıdır".

Komitə rəsmisi Azərbaycanda Qurban və Ramazan bayramlarının dövlət səviyyəsində qeyd olunduğunu əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/776457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR