Bakı Sumqayıt yolunda yenilik

Bakı Sumqayıt yolunda yenilik
09:01 12 May 2015
98 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.
Hazırda 10-post-Güzdək mənzilində 1500 metr uzunluğunda baş yollarının təmiri həyata keçirilir. Artıq köhnə yolun söküntüsü başa çatıb.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 33 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.

Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaqdır.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=343866

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR