Boşanma, ayrılıq, intihar... - Son illərin “TikTok” kabusu - FOTO

Boşanma, ayrılıq, intihar... - Son illərin “TikTok” kabusu - FOTO
13:57 7 Avqust 2019
99 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyada 500 milyondan çox aktiv izləyiciyə sahib video və canlı yayım platforması olan "TikTok"  gənclərin və evli ailələrin başına bəla olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, platforma ilk olaraq əyləncə məqsədilə yaradılsa da, gizliliyin qorunması və təhlükəsizlik baxımından olan boşluqlar valideynləri narahat etməyə başlayıb.  Odur ki, artıq onlar dünyanın dörd bir yanından tətbiqin bağlanması üçün müraciətlər edirlər. 

Məzmun məhdudiyyəti olmadığından platfomaya yüklənən videolara görə boşanma, ayrılıq, intihar kimi halların sayının artdığı da bildirilib. 

Bununla yanaşı, hətta "TikTok"dan istifadəyə icazə verilmədiyi üçün intihar edənlər belə var. Məsələn, Hindistanda 2 uşaq anası əri "TikTok"dan istifadə etməyə icazə vermədiyi üçün intihar edib. Artıq tətbiq İndoneziya və bir çox ölkələrdə qadağan olunmağa başlayıb. Daha çox intihar və hadisələrin baş verdiyi Hindistan və Çində isə yüklənmiş videolar ciddi nəzarətə alınıb. Əslində, 18 yaşından kiçik şəxslər üçün "TikTok"da hesab açmaq valideyn razılığı şərt olsa da, bu qanun praktikada işləmir. 

Hətta tətbiq istifadəçilərinin 40%-i 18 yaşdan kiçikdir. Bu səbəbdən də ABŞ-ın Federal Ticarət Komissiyası "TikTok" platformasını 5,7 milyon dollar cərimələyərək tənzimləyici xidmətdən 13 yaşdan kiçik uşaqlar tərəfindən çəkilən videoları bloklamağı və cəriməni ödəməyi tələb etmişdi. Tətbiqin əsas uğurunun səbəbi "Vine"ın qısa video formatı, "Snapchat"ın filtrləri, "Musical.ly"nin dodaq sinxronizəsini bir araya toplamasıdır. Gündəmdə olmaq, məşhurlaşmaq, daha çox bəyənilmək həvəsində olan gənclər müxtəlif videolarla qısa müddətdə bu arzusuna çatırlar. Ancaq bu məşhurluq bəzi hallarda mənfi hallarla nəticələnir. 

Hazırda ölkəmizdə də sözügedən platformaya maraq böyükdür. İstifadəçilərin videoları instaqram və digər sosial şəbəkələrdə paylaşılaraq müzakirələrə çıxarılır. Dəfələrlə mediada Bulvarda icazəsiz boruların üzərinə çıxaraq təhlükəli vəziyyətdə video çəkənlərlə bağlı məlumatlar yayılıb. Hətta bir nəfər "TikTok" çəkilişi üçün sözügedən ərazidə üzmək istəyən zaman boğularaq ölüb.

Bundan başqa, Şəkidə tibb bacısı iş vaxtı video çəkmiş və sözügedən video gözlənilməz dərəcədə məşhurlaşdığı üçün baş həkimlə problem yaşanmışdı. Bundan başqa, bir neçə gün öncə intihar edən 17 yaşlı Gülər İsmayılova da ağlayaraq çəkdiyi son videonu burada paylaşmışdı.

Hazırda 13-17 yaş aralığındakı "TikTok" fenomenlərinin instaqram səhifələri maraqla izlənilir. Belə ki, 100-150 min izləyicisi olan yeniyetmə və gənclər artıq müxtəlif şirkətlər tərəfindən reklam təklifləri də alırlar. 

Qeyd edək ki, "TikTok" 2016-cı ildə Çin şirkəti "ByteDance" tərəfindən hazırlanıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/776466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR