Qarabağ Azərbaycandır! Nöqtə

Qarabağ Azərbaycandır! Nöqtə
14:12 7 Avqust 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanla Rusiya Ermənistanı və erməni etnik qrupunu hamıdan yaxşı tanıyır. Rusiya bu etnik qrupu yaxşı tanıdığı üçün onları cənubi Qafqazda yerləşdirib, dövlət yiyəsi elədi. Onlar qonşu olduqları vaxtdan indiyədək Azərbaycan türklərinə və torpaqlarına qənim kəsildi.
Rus şair A.S.Puşkin yazırdı: “Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən...”, V.Mayakovski isə onları belə xakaterizə etmişdi: “...Ancaq inanın ki, ermənilər kimi əcaib xalqla heç zaman rastlaşmadım. Onlar üçün qürur mənasızlıqdır, Şücaət isə heç nədir, Kişiləri uşaq oyuncağı kimidir, Lazımsız bir şey kimi ayaqlar arasından asılır...”.
Fransız yazıçısı və səyyahı Aleksandr Düma isə bu etnosa belə qiymət verib: “Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər”.

İşğal altında saxlanılan Xankəndidə keçirilən "ümumerməni oyunları" adlandırdıqları tədbirdə isə Ermənistanın baş naziri Nikol Paşinyan, hökuməti və rəhbərləri başda olmaqla bu etnosun dəyişmədiyini sübut etdilər.
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə vasitəçilik edən dövlətlər və beynəlxalq təşkilatlar təəssüf ki, onların yalanına, avantürasına inanır (ola bilsin sərf etdiyi üçün özlərini elə göstərir), bir çox hallarda dəstəkləyirlər.
Yuxarıda qeyd etdiklərimizə “üç addım”la toxunacağıq.
Birinci addım. Beynəlxalq təşkilatlar və rəsmi Yerevan. Ermənilər işğal altında olan Azərbaycan torpağında “idman yarışı” keçirməklə beynəlxalq hüquq və normaları, BMT-nin nizamnaməsini, bu qurumun Təhlükəsizlik Şurasının qətnamələrini, habelə beynəlxalq ictimaiyyəti saymadığını bir daha sübut etdi. ABŞ, Rusiya, Fransa beynəlxalq vasitəçi kimi ATƏT-in Minsk qrupunun həmsədrləri, həm də Təlükəsizlik Şurasının üzvləridir. Onda belə nəticəyə gəlmək olar ki, Ermənistan bu dövlətlərin də nüfuzuna məhəl qoymurlar. Yaxud bu dövlətlər, onların təmsil olunduqları beynəlxalq təşkilatlar rəsmi Yerevanın özbaşınalığını alqışlayırlar.

Yeri düşəndə isə ermənilərin işğalçılığının uzanmasına əllərindən gələn yardımı etməyi əsirgəmirlər.
Avqustun 6-da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində montorinq keçirilib. Niyə məhz bu tarixdə? Belə çıxır, vasitəçilər Yerevan və Xankəndidəki separatçı rejimə “narahat olmayın, tədbirinizi keçirin, sakitliyə zəmanət veririk” ismarıcını verir. Əks halda, yəni belə bir təminat olmasa idi Ermənistan Xankəndidə belə bir yarışmanı necə keçirə bilərdi?


ATƏT və başqa beynəlxalq təşkilatlar rəsmi Yeravana işğal altında olan Azərbaycan torpaqlarında bu tədbirin (əvvəlki tədbirlərin də) keçirilməsi ilə bağlı etiraz etməyib.
Bu isə ATƏT-in ermənilərin Xankəndidə idman oyunlarının arxayın keçirməsinə şərait yaratmaqdır. Bununla beynəlxalq vasitəçilər rəsmi Yerevanı və ümumiyyətlə erməniləri idman yarışları keçirdikləri üçün mükafatlandırır.
Torpaqlar işğal edilərkən Xocalı faciəsi törədilib, neçə-neçə rayon, qəsəbə kənd viran edilib, minlərlə günahsız qoca, körpə, qadın soyqırma məruz qalıb. Yəni, idman oyunları keçirilən Azərbaycan bölgəsində ermənilər və havadarları dinc azərbaycanlıların qanını axıdıb. Belə şəraitdə və yerdə idman yarışı kimi humanitar tədbiri yalnız faşist Almaniyası və onun lideri Hitler keçirə bilərdi.
İkinci addım. Nikol Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatına Ermənistan XİN-in uğursuz izahı.
Belə bir atalar sözümüz var: “Üzrü günahından da betər”. Paşinyanın Xankəndidəki çıxışında Azərbaycan torpaqlarına qarşı iddialı çıxşını Ermənistan diplomatiyası ört-basdır etməyə səy göstərib. Guya Azərbaycan tərəfi Ermənitan baş nazirinin dediklərini “kontekst”dən çıxarıb. Nazirlik məsələnin mahiyyətini gizlətməyə səy edərkən daha bir səhv buraxıb. O, Paşinyanın dediyini təkzib etməyib. Əksinə, bu yanlışlığa don geyindirib, beynəlxaq ictimaiyyətə sırımağa cəhd göstərməklə özünü daha gülünc vəziyyətə salıb.


Nazirlik bu bəyanatı ilə Nikol Paşinyanın və başçılıq etdiyi hökumətin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bitkin və əhatəli baxışa, proqrama malik olmadığını sübut edib.
Ona görə də diplomatik idarə Paşinyana haqq qazandırdığı yerdə özünü ifşa edib. Ermənistan və havadarları hələ də bir gerçəkliyi anlamaq istəmir: Torpaqlar işğaldan aedilmədiyi halda sülh necə ola bilər? Nazirlik gəlişi gözəl sözlərlə mövcud vəziyyəti təhrif edir, işğal faktı, Azərbaycanın ərazi bütövlüyünün pozulmasını və beynəlxalq hüququ tapdaladıqlarını ört-basdır etməyə çalışır...
Üçüncü addım. Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq yarışlar, Ağdamın “Qarabağ” futbol klubunun Kiprdə yunanlar üzərində qələbəsi.
Son illər Azərbaycanda uğurla müxtəlif beynəlxalq tədbirlər, o cümlədən idman yarışları keçirilib. Müxtəlif tədbirlərin təhlükəsiz, əmin-amanlıq şəraitində keçirilməsinə Ermənistan, hətta bu etnik qrupun başqa dövlətlərdəki nümayəndələri qara yaxmağa cəhd göstərib, böhtan atıblar. Londonun “Arsenal” futbol klubunun erməni əsilli oyunçusu Mxitaryanın Azərbaycanın ünvanına şər-böhtan ataraq, iftira söyləməsi bunun ən bariz təsdiqidir. Bu “idmançının” ətrafında Ermənistan və dünya erməniləri Azərbaycan qarşı şər-böhtan kampaniaysı apardı. Ancaq reallıqlar onları məyus etdi, adətən yalan danışdıqları bir daha təsdiqləndi.

Biri haqqında fikir bildirmək həm də özün barədə məlumat verməkdir. Odur ki, ermənilər xaricdə və Ermənistanda Azərbaycanın ünvanına hədyanlar söyləməklə, qarayaxma kampaniyası aparmaqla özlərinin mahiyyətini, kimliklərini ifşa edirlər.
Xarici donorların hesabına yaşayan, mövcud olan, sərmayə qoyuluşu, turizm və başqa iqtisadi, sosial üçün riskli sayılan Ermənistan Azərbaycanda turizmin inkişafından, beynəlxalq nüfuzunun artmasında narahatdır. Ona görə də ənənəvi şər-böhtan atmaq vərdişindən xilas ola bilmir.
Ermənistan Azərbaycana qarşı pis niyyəti ilə bəzi etnik qrupları da yoluxdura bilib. Avqustun 6-da Kiprin yunan hissəsində yerli “Apoel”lə “Qarabağ”ın oyunu zamanı stadionda seperatçıların rəmzinin göstərilməsi bu xəstəliyin təzahürlərindəndir. İstər ərazi, istərsə də komanda olaraq Qarabağın Azərbaycana məxsus olduğunu ermənilər və onların dəstəkləyənlər qazanılan qələbələrlə udacaqlar. Odur ki, “haqq nazilər, ancaq üzülməz”. Odur ki, “haqq nazilər, ancaq üzülməz”, yaxud Qarabağ Azərbaycandır! Nöqtə.


Xəbərin orijinal ünvanı: https://report.az/analitika/qarabag-azerbaycandir-noqte-serh

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR