Avropanın klub turnirlərində ən çox qol vuran futbolçular

Avropanın klub turnirlərində ən çox qol vuran futbolçular
18:27 7 Avqust 2019
73 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Avropanın klub turnirlərinin tarixində 50-dən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, siyahıya aktivində 129 qol olan portuqaliyaKriştiano Ronaldo ("Yuventus") başçılıq edir. "Barselona"nın argentinalı hücumçusu Lionel Messi 115 qolla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü ispaniyalı sabiq futbolçu Raul Qonzales (77) tamamlayır.

Ümumiyyətlə, Avropanın klub turnirlərinin tarixində 18 futbolçu 50-dən çox qol vurub. Siyahıda yer alan digər futbolçular aşağıdakılardır: Filippo İnzaqi (70), Andrey Şevçenko (67), Ruud van Nistelrooy (62), Gerd Müller (62), Kərim Benzema (61), Robert Levandovski (60), Tyeri Anri (59), Henrik Larsson (59), Sergio Agüero (58), Zlatan İbrahimoviç (56), Eysebio (56), Klaas-Yan Huntelaar (55), Alessandro Del Pyero (54), Didye Droqba (50), Alfredo di Stefano (50).

Qeyd edək ki, UEFA Avropa Liqasında ən məhsuldar futbolçuların siyahısında liderlik Radamel Falkaoya (30) məxsusdur. Sonrakı yerlərdə Aritz Aduriz (26), Oskar Kardozo (20), Kevin Qameiro (19) və Cüzeppe Rossi (17) qərarlaşıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/776528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR