Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirildi

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirildi
19:03 7 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101576S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Trend-ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 14 investor tərəfindən qiyməti 99,5158 AZN (6,26%) olan 21 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 656,724,500.00 AZN olub.

Qeyd edək ki, AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5158 AZN (6,26%), orta ölçülmüş qiyməti 99,5158 AZN (6,26%) müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 4 sentyabr 2019-cu ildir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/enerji/286883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR