"Neftçi"nin zəif və güclü tərəflərini bilirik - Baş məşqçi

"Neftçi"nin zəif və güclü tərəflərini bilirik - Baş məşqçi
21:13 7 Avqust 2019
88 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" çox güclüdür. "Arsenal"ı 3:0 hesabı ilə məğlub edib. Bizim isə bura gəlməkdə məqsədimiz qələbə qazanmaqdır".

"Report" xəbər verir ki, bu fikirləri İsrailin "Bney Yahuda" klubunun baş məşqçisi Yossi Abukasis "Neftçi" ilə keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçından öncə mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, hər bir klubun məqsədi qələbə qazanmaqdır. "Biz də bunu düşünürük. Rəqibin çox güclü oyunçuları var. Bu isə bizi narahat edir".

Məşqçi "Sumqayıt"ın israilli futboluçusu Əmir Ağayevin oyunla bağlı fikirlərinə də münasibət bildirib: "Oyunda nəticə qazanmaq istəyirik. Bu futboldur. Onun dediyi fikirlərlə razı deyiləm. Ümumiyyətlə, bu fikir bizim üçün maraqlı deyil. Burada və öz ölkəmizdə nəticə əldə etmək niyyətindəyik".

Abukasis "Neftçi"nin zəif və güclü tərəflərini bildiklərini sözlərinə əlavə edib: "Çalışacağıq ki, bunlardan istifadə edək. Oyun üslubu barədə danışmaq istəmirəm. Hücumda və ya müdafiədə oynayacağımızı sabah görəcəksiniz".

Məşqçi deyib ki, zədəli olan üç oyunçunun Bakıya gətirilməməsi onlar üçün itki sayılır: "Məğlubiyyət haqqında düşünmürük. Əminəm ki, qalib ikinci oyundan sonra bəlli olacaq. Müsbət məqamlar haqqında düşünürük. "Neftçi" doğma meydanda çox yaxşı oynayır. Bütün komandalar qələbə üçün oynayır. Biz bura qol vurmaq üçün gəlmişik. Sabah hansı nəticənin bizi qane edəcəyini deyə bilmərəm".

O, flaqmanın Avropa Liqasında 4 matçda qol buraxmamasına da toxunub: "Bu futboldur. "Neftçi"nin seriyasını qırmağa çalışacağıq. Bu kollektivdə heç kimi fərqləndirə bilməzdim. Amma bəziləri oyunu diktə edir. Bu, çox keyfiyyətli komandadır. Hər bir oyunçu yüksək səviyyədədir".

Qeyd edək ki, "Neftçi" və "Bney Yehuda" arasındakı oyun avqustun 8-i saat 21:00-da "Bakcell Arena"da keçiriləcək. Cavab matçı bir həftə sonra İsraildə olacaq və Bakı vaxtı ilə 21:00-da start götürəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/286894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR