Günəş panelləri ilə təchiz edilmiş parça təqdim olunub

Günəş panelləri ilə təchiz edilmiş parça təqdim olunub
08:52 8 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Alman tədqiqatçıları yumşaq və elastik günəş panellərindən ibarət parça hazırlayıblar.

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.plus" saytına istinadən yazır ki, "Günəş parçası" Fraunhofer İnstitutunun alimləri və onların "PhotoTex" layihəsindəki həmkarları tərəfindən işlənib hazırlanıb. İxtiranın əsas elementi elastik günəş panellərinin sənaye istehsalı prosesidir.

Əsas problem yeni materialın aşağı səmərəliliyi ilə bağlıdır. İndi belə parçanın faydalı iş əmsalı (FİƏ) 0,1%-0,3% aralığındadır. Alimlər gələcəkdə FİƏ-ni 5%-dək yüksəltməyə hazırlaşır. Silisium fotoelementlərinin məhsuldarlığının yüksək olmasına baxmayaraq, alimlər ümid edirlər ki, onların həllinə, həmçinin tələbat olacaq. 5 il ərzində sözügedən parçanın satışına başlamaq planlaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/776249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR