Hollivud ulduzu körpəni ölümdən qurtardı - VİDEO

Hollivud ulduzu Deni Trexo (Danny Trejo) qəza zamanı avtomobildə qalan azyaşlını xilas edib.

Metbuat.az bildirir ki, olay ABŞ-ın Los-Anceles şəhərində qeydə alınıb. Tanınmış aktyor çevrilmiş avtomobili gördükdən sonra ona kömək üçün yaxınlaşıb. Avomobildə yaşlı qadın və arxa oturacaqdakı azyaşlını görüb.

Uşağı xilas etmək üçün oturacaqdakı təhlükəsizlik kəmərini açmaq istəyən Deni Trexo buna nail olmayıb. Daha sonra hadisə yerinə yaxınlaşan digər şəxslə köməkləşərək həm uşağı, həm də qadını xilas etmək mümkün olub.

"Mən körpəni çıxarmaq istəyirdim, amma kəməri aça bilmirdim. O, içəri girdi, kəməri açdı, mən isə azyaşlını çıxara bildim",- deyə Hollivud ulduzu hadisə barədə danışıb.


(baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR