"Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşdirilsə..." - Poltoloqdan QORXUNC AÇIQLAMA

"Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşdirilsə..." - Poltoloqdan QORXUNC AÇIQLAMA
12:28 8 Avqust 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya-Gürcüstan müharibəsindən 11 il keçdi. Lakin “İlk atəşi kim açdı” sualı hələ də tərəflər arasında mübahisə predmetidir”.

Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Rusiya Gürcüstanı, Gürcüstan Rusiyanı ittiham edir: “Rusiyanın iddiası odur ki, Gürcüstan ordusu Rusiyanın Cənubi Osetiyadakı sülhməramlılarına hücum edib. Rusiya bu bəhanə ilə ordusunu hərəkətə gətirdi, tankları Tiflisə istiqamətləndi. Avropa ölkələri, o cümlədən, Fransanın fəal vasitəçiliyi ilə müharibə dayandırıldı. Buna baxmayaraq, nəticə Gürcüstanın zərərinə oldu, Rusiya Abxaziya və Cənubi Osetiyanı rəsmən işğal etdi”.

Siyasi şərhçi qeyd edib ki, 2008-ci il müharibəsinin başlanma səbəbi və inkişafı “Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşdirilə bilərmi” sualına cavabı da tam çılpaqlığı ilə ortaya qoyur: “Biz də Gürcüstan ordusu kimi Dağlıq Qarabağda hansısa hissəni azad etmək istəsəydik, Rusiya “sülhməramlılarımıza atəş açıldı” deyib Dağlıq Qarabağın işğalını rəsmiləşdirəcəkdi. Bir anlığa təsəvvür edin ki, Rusiya sülhməramlıları bölgədə yerləşsəydi, biz Lələtəpəni azad edə bilərdikmi? Ona görə də münaqişənin həllinin istənilən mərhələsində Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinə icazə vermək olmaz. Onlar buralara gəlsələr, bir daha çıxmayacaq və illər uzunu başımıza dərd olacaqlar”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/286941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR