AÇG və Şahdəniz üzrə gəlirlər açıqlanıb

AÇG və Şahdəniz üzrə gəlirlər açıqlanıb
13:52 8 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il avqustun 1-ə qədər "Azəri-Çıraq-Günəşli" (AÇQ) yatağı və Şahdəniz üzrə gəlirləri açıqlayıb.

Fonddan Milli.Az-a verilən məlumata görə, 2001-ci ildən bu il iyulun sonuna qədər AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 143 366 milyon dollar olub.

Bu ilin ilk 7 ayı AÇG yatağından 5 160 milyon dollar gəlir əldə edilib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (01.01.2019 - 31.07.2019 tarixinə) 209 milyon dollar təşkil edib.

Şahdəniz yatağı üzrə 2007-ci ildən bu ilin avqustuna qədər qazın satışından əldə olunan ümumi gəlirlər 2 703 milyon dollar olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/776717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR