Azərbaycan nefti 1 dollar ucuzlaşıb

Azərbaycan nefti 1 dollar ucuzlaşıb
09:57 12 May 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,01 dollar yaxud 1,53% ucuzlaşıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 65,19 dollara bərabərdir.
Ötən həftənin sonunda və dünən Azərbaycan neftinin qiyməti 66,20 dollar/barel olub.
Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/dunya-bazarinda-azerbaycan-nefti-2-e-qeder-ucuzlasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR