Bu ölkə marixuananı qanuniləşdirən ilk Avropa Birliyi üzvü olacaq

Lüksemburq marixuana istehsalını və alışını qanuniləşdirən ilk Avropa Birliyi üzv olmağa hazırlaşır.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, ölkənin Səhiyyə naziri Etiyen Şneyder bildirib:

"Son 50 ildir mənimsədiyimiz narkotik siyasəti effekt vermədi. Bir şeyi qadağan etmək o şeyi gənclər tərəfindən daha da cəlbedici edir. Ümid edirəm ki, hamımız narkotik maddələrə qarşı açıq fikirli olacayıq".

O, həmçinin deyib ki, marixuananı evdə yetişdirmək qanunsuz olacaq. 12-17 yaşlı uşaqların 5 qramdan az narkotik vasitə alması isə qanuni olacaq.

Qeyd edək ki, Hollandiya, ispaniya, PortuqaliyaÇexiya kimi ölkələr də müəyyən miqdarda marixuana istifadəsinə icazə verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR