x
Loading...

Məşhur "Neptun"dan şikayət: pulumuzu tuturlar

Məşhur "Neptun"dan şikayət: pulumuzu tuturlar
09:05 12 May 2015
94 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda tanınmış marketlər şəbəkəsinin müştərilərinə deyil, işçilərinə “xidmətindən” şikayət edilib. Orxan adlı oxucu Milli.Az-a yazır ki, "Neptun" supermarketin "Şamaxinka" filialında hər ay daxili audit keçirilərək vaxtı keçmiş malların pulu satıcıların əməkhaqqılarından tutulur: “Ancaq bu filial haqda məlumatım var. Hər satıcıya başqa supermarketlərdən fərqli olaraq ən az maaş - yəni 250 manat pul verilir. Amma ki, hər ay 20-30 manat maaşdan pul tutulur. İndi siz mənə deyin, bu, işçinin haqqını yemək deyilmi? Daxili audit yaradıb vaxtı keçmiş mal tapan kimi işçinin maaşına vurmaq nə deməkdir? Axı audit Vergilər Nazirliyində olur”.

"Neptun" şirkətlər qrupunun idarə heyətini sədr müavini Ramiz Səmədov Milli.Az-a açıqlamasında bildirdi ki, elə bir fakt ola bilməz. Sədr müavininin sözlərinə görə, əgər hansısa bu kimi hal yaşanıbsa, bu, sırf insan faktorundan ortaya çıxar:

“Bizim şirkətdə işçi 250 manatla işə götürülür, mükafatlar verilir. Heç bir halda pul tutulmur. Hətta intizamı pozursa, bir-iki dəfə xəbərdarlıq edilir, sonra işdən azad olunur. Hətta işdən çıxarılan əməkdaş da yoxdur ki, əks tərəfdən gələn narazılıq kimi qəbul edək. Son 3 ayda heç bir işçi çıxmayıb. Bir işçi xaricə getdiyinə görə işdən çıxıb. Kənardan kimsə yazırsa, düz deyil. Bizdən narazı işçi varsa, gəlib bizə desin. Şikayət olarsa, dərhal həll olunur. Satıcıdan ümumiyyətlə pul tutulmur, əksinə, pul verilir, sosial tədbirlər görülür. Rəhbərimizin məqsədi odur ki, ədalətsiz iş görməyək. Ancaq oğurluq olanda işdən çıxarılır. Bu şikayəti təxribat kimi qiymətləndirirəm”.

Gülər
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/339852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR