FHN-in Şimal Regional Mərkəzində mülki müdafiə kursları keçirildi

FHN-in Şimal Regional Mərkəzində mülki müdafiə kursları keçirildi
19:18 8 Avqust 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində “Mühəndis kəşfiyyatı manqa komandirləri” kateqoriyası üzrə mərkəzi mülki müdafiə kursları keçirilib.

FHN-dən Publika.az-a bildiriblər ki, kurslarda dinləyicilərə baş verə biləcək fövqəladə hadisələrdən əhalinin mühafizə üsulları və davranış, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsində rolu, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqların təkmilləşdirilməsi, habelə təsdiq olunmuş proqram əsasında mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları üzrə məşğələlər keçirilib.

Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər yerli qurumların əməkdaşları da tədris prosesində iştirak ediblər.

Tədbirlərin sonunda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/286984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR