Bu ölkədə hind filmləri qadağan olundu

Bu ölkədə hind filmləri qadağan olundu
19:42 8 Avqust 2019
118 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanda Hindistan filmlərinin nümayişinə qadağa qoyub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazir İmran Xanın informasiya və yayımlar üzrə xüsusi müşaviri Firdos Aşiq Avan bildirib.

Bu addımın Hindistanda Cəmmu və Kəşmir ştatının xüsusi statusunu təsbit edən Konstitusiyanın 370-ci maddəsinin ləğv edilməsinə cavab olaraq atıldığı bildirilir.

Həmçinin Kəşmir əhalisinə mənəvi dəstək tədbirlərinin də artırılacağı qeyd olunub.

O qeyd edib ki, hökumət incəsənətdə hind mədəniyyətinə aid istənilən kontenti qadağan etmək üzərində də işləyir.

Qeyd edək ki, İslamabad bu addımı Kəşmir ətrafında yaranmış vəziyyət səbəbindən Pakistan və Hindistan münasibətlərində artan gərginlik fonunda atıb. Hindistanın hakimiyyət orqanları bu həftə Cammu və Kəşmir ştatının xüsusi statusunu ləğv edərək bu ərazini Dehlinin birbaşa nəzarəti altına alıb. Bu, Pakistan və Hindistan arasında münasibətlərin kəskinləşməsinə səbəb olub. Pakistan hökuməti buna cavab olaraq Hindistanla diplomatik münasibətləri daha aşağı səviyyəyə endirməyi və onunla ikitərəfli ticarəti dayandırmağı qərara alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/776831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR