Transformer sualtı robotu

Transformer sualtı robotu
21:52 8 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Bir dənizaltı nəqliyyat vasitəsinə çevrilə bilən bir robot, əsl həyatda bir transformerə ən yaxın vasitə ola bilər. Bu robotun bir də adı var - Akvanot (Aquanaut).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, IEEE Spectrum hesab edir ki, araşdırmaçılar, su pərisinə bənzəyən bir robot yaratdı. Bu robota Akvanot adı verildi. Robot asanlıqla avtonom dənizaltı nəqliyyat vasitəsinə çevrilə biləcək formada hazırlandı. Akvanot dalğıclar üçün təhlükəli olan və digər robotların reallaşdırmaqda çətin olan dərin dəniz təmirləri və başqa işlər üçün xüsusi olaraq hazırlanıb.

Robot NASA-nın kosmonavtları aşağı qravitasiyalı mühitlərə hazırlamaq üçün istifadə etdiyi hovuzda sınaqdan keçirildi. Bu sınaqda avtonom dənizaltı rejimindəki robot, xarici kasetini açaraq məngənəyə oxşayan iki qolunu çıxardı.

Hələlik robot yalnız hovuzlarda sınaqdan keçirilsə də, bu sınaqlardan sonra okeanlarda aktiv olaraq istifadə ediləcək.

Akvanot insanların çata bilmədikləri nöqtələrdə işləyəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/776294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR