Omeqa 3 ilə zəngin qidalar – Sağlamlığın siyahısı

Omeqa 3 ilə zəngin qidalar – Sağlamlığın siyahısı
22:37 8 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Hər bir sovet məktəblisinə həm məktəbdə, həm evdə ən dadsız və acı balıq yağı içirilərdi. Balıq yağının xoşagəlməz tamını sonradan xatırladıqca, üz-gözlərini büzərdilər.

Zaman dəyişib, Omeqa 3-ə olan tələbat daha da artıb. Təəssüf ki, gündəlik qidamız və meyvə-tərəvəzdə Omeqa 3 azdır. İndi balıq yağının və Omeqa 3 daha dadlı formaları, kapsulları çıxıb. Qoxusuz və ya meyvə dadlı, qoxulu Omeqa 3 beyin, gözlər, qocalığa qarşı vacibdir. Sovet dövründə qəpik-quruşa olan təmiz balıq yağı, indi dəbli qablaşdırmada müxtəlif formalarda daha baha satılır.

Omeqa 3 və 6 yağ turşularıdır. Qaraciyər tərəfindən çox yaxşı mənimsənilir.
Hər bir insanın sutkalıq Omeqa 3 tələbatı 1100 mq-dır. Lakin biz onun heç yarısını da qəbul etmirik. Orqanizm tərəfindən bu turşular sintez olunmur, ona görə kənardan, xüsusən təmiz şəkildə qidalardan almalıyıq

Milli.Az medicina.az-a istinadən uşaqlar və böyüklər üçün vacib olan Omeqa 3 ilə zəngin qidaları təqdim edir.

Ən reytinqli ərzaqlar bunlardır:

1.Kətan toxumu və yağı
2.Losos balığı
3.Skumbriya
4.Qoz
5.Sardina balığı
6.Qara kürü

7.Seld
8.Rapsa yağı (bitki növüdür)
9.Dəniz ilbizi - istidriyə
10.Ançouslar
11.Qırmızı mərci

12.Xardal və dənələri
13.Qəhvəyi yabanı düyü

Bunların içində bir çoxu təbii ki, qiymətdə baha və hər gün yediyimiz məhsullar deyil.

Amma gündə bir ovuc qoz, mərcimək, 2 xörək qaşığı kətan toxumu yağı içməklə Omeqa 3lə təmin olunmaq mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/776846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR