Kim Aznavuru incitdi

Kim Aznavuru incitdi
10:16 12 May 2015
106 Dünya
Ölkə mətbuatı
A- A+

"Mən rəqabət etmirəm". Bu barədə alman jurnalistlərə müğənni Şarl Aznavur deyib. Onun jurnalistlərin İrəvana səfərindən sonra Ermənistanda məşhurlaşan seks-diva erməni porno ulduz Kim Kardaşyanla rəqabətdən qorxub-qorxmadığı barədə suala cavabı olduqca sərt olub.

Bu sualdan inciyən şanson dünyada ən məşhur erməninin özü olduğunu deyib. "Mən hər zaman öz tarixi vətənimin tərəfində olmuşam".

Ş.Aznavur 1988-ci il zəlzələsindən sonra Ermənistana etdiyi böyük maliyyə yardımlarından da danışıb.

Şık geyimləri ilə bədən formalarını göstərən Kardaşyan da çox mehribandır. Bu barədə erməni mətbuatı yazır. Onlar gözəlçənin Ermənistana səfəri zamanı küçədə onlarla ac ermənini pizza ilə bəsləməsindən danışırlar.

Belə ki, əgər şansonun 90 yaşı olduğunu nəzərə alsaq Şarl Aznavurdan fərqli olaraq son zamanlar ictimaiyyət arasına belə çılpaq çıxan, səsi ilə yox ombası ilə dollarlar qazanan Kardaşyanın dünyanın ilk məşhur ermənisi adına layiq görülməsi üçün bütün şansı var.

Bununla da o bu günə kimi rəqabətdə olmadığını düşünən Şarl Aznavurdan birincilik çubuğunu alıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=343873

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR