Sobada ət konservi – Qışa “tuşenka” hazırla

Sobada ət konservi – Qışa “tuşenka” hazırla
23:37 8 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Qışda yemək olmayanda, tezbazar hazırlamaq və doyumlu qida ət bağlanmış banakalardır.

El arasında "tuşenka" adlanan mal əti konservi hələ sovet dövründən ətri, dadı ilə çoxlarının ağız dadına uyğundur. Elə indi də müxtəlif markaların ət konservləri var. Amma yəqin ki, bir çoxunuz onun hansı ətdən hazırlandığından şübhələnir və ya bahalığından gileylisiz.

Milli.Az medicina.az-a istinadən evdə, sobada, ət tuşenkasının bankada hazırlanması qaydasını təqdim edir. Çox asandır, təmiz mal əti və yağı əldə edib, ətrindən doyulmayan ət bağlaması edə bilərsiz.

Lazımdır:

200 qr mal əti
100 qr qreçka (qarabaşaq)
100 ml su
10 qr mal piyi və ya quyruq
Sarımsaq, duz, istiot dənəli və dəfnə

Hazırlanması:

Ət yuyulur, tikələrə bölünür, sterilizə olunmuş bankanın yarısına kimi yığılır.
Hər bankaya bir qədər piy qoyulur, duz, istiot səpilir və soyuq su süzülür.

Dəmir qapaqların içindəki rezin halqa çıxarılır, bankanın ağzına qapaq qoyulub və bankalar soyuq sobaya yığılır. Soba yandırılır və 200 dərəcədə isidilir.
Bankadakı su qaynamağa başlayanda dərəcəni 150-ə endir, daha sonra 100 dərəcəyə azalt. Su çox bərk qaynamamalıdır.

Bankanı çıxar, bir neçə diş sarımsaq, 1 dəfnə yarpağı və 1 qaşıq qarabaşaq əlavə edib, isti su al, yenə qapağını örtüb, sobaya qoy. 150 dərəcədə qaynara su qaynara düşənə kimi bişir, sonra 100 dərəcəyə endirib, əti 1 saat orda saxla.

1 saat sonra sobanı söndür, bankaları çıxarma, elə içindəcə 1 saat ərzində özü soyusun. Soyuduqdan sonra çıxar, qapağının rezinini geri tax və bundan sonra qapağı maşınla kip bağla.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/776847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR