İngiltərə alimlər üçün vizanı asanlaşdırmaq istəyir

İngiltərə alimlər üçün vizanı asanlaşdırmaq istəyir
02:17 9 Avqust 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya ilin sonunda dünya alimləri üçün sadələşdirilmiş viza rejimini tətbiq etməyi planlaşdırır.
“Report” RİA “Novosti” yə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Boris Conson bildirib. Onun sözlərinə görə, asanlaşdırılan viza tələbləri Böyük Britaniyanın elm sahəsində super güc qazanmaq statusunu təmin etməsinə kömək edəcək.
Yenilik nəticəsində ölkəyə daha çox tədqiqatçı, elmi mütəxəssis, mühəndis və alimlərin gələcəyi gözlənilir. Boris Conson, İngiltərənin yenilik və ixtiraçı tarixi ilə fəxr etdiyini də vurğulayıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-ngiltere-alimler-ucun-vizani-asanlasdirmaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR