x
Loading...

Ölkədə internet televiziyalara baxanların və internet radio dinləyənlərin sayı artıb

Ölkədə internet televiziyalara baxanların və internet radio dinləyənlərin sayı artıb
09:21 12 May 2015
Ölkə mətbuatı
A- A+

2013-cü il may ayının 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə fəaliyyətə başlayan "bestfm.az" internet radio və televiziyası hər il olduğu kimi, bu il də yeniliklər edib.
 
Saytın yaranmasının 2 illiyi ilə əlaqədar "bestfm.az"ın rəhbəri Aqil Məmmədov bildirib ki, sözügedən radio və televiziya dahi şəxsiyyət Heydər Əliyevin və onun siyasətinin uğurlu davamçısı, dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanın inkişafı istiqamətində gördüyü işləri təbliğ edir. Eyni zamanda dünyada və ölkədə baş verən ictimai-siyasi, iqtisadi, mədəniyyət, şou, idman və hava haqqında məlumatlar, bir-birindən maraqlı verilişlər, layihələr, milli və xarici musiqilərlə dinləyicilərin və tamaşaçıların görüşünə gəlir. 
 
 
Saytın fərqli və maraqlı məlumatlarla oxuculara təqdim olunduğunu vurğulayan A.Məmmədov qeyd edib ki, "bestfm.az"ın oxucularının sayı gündən-günə artmaqdadır. Onun sözlərinə görə, ölkədə internet istifadəçilərinin sayı çoxaldıqca, onlarında da oxucularının sayı artır:
 
 "Ümumilikdə götürdükdə, bu gün həm internet televiziyalara baxanların, həm də internet radio dinləyənlərin sayı artıb. Çünki Azərbaycanda, demək olar ki, bütün iş yerləri həm kompüterlə, həm də internetlə təmin olunub. İnsanlar işə getdikdən sonra musiqi dinləyə-dinləyə öz işlərini görürlər. İş yerlərinin internetləşməsi istər-istəməz internet TV və radiolarının məşhurlaşmasına zəmin yaradıb".
 
 
 
SEYMUR


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-36699-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR