İki rayonda qaz olmayacaq

İki rayonda qaz olmayacaq
10:58 9 Avqust 2019
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” İdarəsinin balansında olan “Ağcabədi-Beyləqan” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi və bəzi quraşdırma işlərinin icrasına başlanılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Publika.az-a verilən məlumata görə, bu məqsədlə saat 10:00-dan işlər başa çatana qədər Beyləqan rayonunun mərkəzində, eləcə də bir neçə kənd və qəsəbədə qaz təchizatı dayandırılıb.

Saat 14:00-dan etibarən işlər başa çatanadək Yevlax rayonunun bir neçə yaşayış sahəsində də qaz məhdudiyyətləri tətbiq olunacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz xəttində sazlama işləri aparılacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/287031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR