Heyvanxanada aslanın azyaşlıya hücum cəhdi - VİDEO

ABŞ-ın Luiziana ştatının Odyubon heyvanxanasında aslan azyaşlıya hücum edib.

Metbuat.az bildirir ki, heyvanxanaya gələnlər şüşə divarları olan otağa daxil olublar. Bu zaman 4-5 yaşlı oğlan uşağı şüşə arakəsməyə arxasını çevirərək oturur. Arakəsmənin o tayından isə dişi aslan “qurbanını” ürkütməmək üçün sakit-sakit ona yaxınlaşır.

Uşaq son anda aslana tərəf nəzər salır. Bunu görən heyvan yerində donub qalır, ehtimal edilən “qurbanının” gözünə dik baxır.

Azyaşlının özünü sakit aparması aslanı çaşdırır, amma o, şüşəyə yaxınlaşmaq fikrindən daşınmır.

Uşağın anasının aslanın qarşısında dayanması isə vəhşi heyvanı özündən çıxarır, o, şüşəni döyəcləməyə başlayır.


(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR