Kənd Təsərrüfatı Nazirliyi Qurban bayramı günlərində fərdi sahibkarlar üçün ödənişli dezinfeksiya işləri həyata keçirəcək

Kənd Təsərrüfatı Nazirliyi Qurban bayramı günlərində fərdi sahibkarlar üçün ödənişli dezinfeksiya işləri həyata keçirəcək
12:37 9 Avqust 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Kənd Təsərrüfatı Nazirliyi (KTN) Qurban bayramı günlərində həyata keçiriləcək dezinfeksiya işləri ilə bağlı açıqlama verib.
"Report"un məlumatına görə, KTN yanında Aqrar Xidmətlər Agentliyinin Bakı Şəhər Baytarlıq İdarəsinin şöbə müdiri Rafiq Allahverdiyev jurnalistlərə açıqlamasında bildirib ki, Qurban bayramı ərəfəsində nazirlij tərəfindən kəsim məntəqələrində dezinfeksiya işləri pulsuz aparılacaq:
“Biz həmişə Qurban bayramı ərəfəsində yaradılan ət kəsimi məntəqələrdə təmizlik və dezinfeksiya işləri aparırıq. Bu xidmətlər istər bayram günlərində, istərsə də digər günlərdə ödənişsizdir. Məqsədimiz hər hansı infeksion xəstəliklərin yoluxmasının qarşısını almaqdır. Buna görə də bayram günlərindən sonra çadırtipli kəsim məntəqələri yığışdırılanda da ərazidə yenidən təmizlik işləri aparılacaq”.
Şöbə müdiri vurğulayıb ki, KTN tərəfindən həyata keçirilən dezinfeksiya işləri ilə bağlı göstərilən xidmət fərdi qaydada müraciət edən vətəndaşlar üçün ödənişlidir: “Əgər vətəndaş özü dezinfeksiya işləri ilə bağlı bizə müraciət edirsə, bu zaman əvvəlcədən təyin edilmiş dövlət rüsumu ödəməlidir. Dezinfeksiya işləri bir kvadrat metrə görə 0,06 qəpikdən hesablanır”.


Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/kend-teserrufati-nazirliyi-qurban-bayrami-gunlerinde-ferdi-sahibkarla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR