Kürdəmirdə 15 yaşlı oğlan atdan yıxılaraq ağır xəsarət alıb

Kürdəmirdə 15 yaşlı oğlan atdan yıxılaraq ağır xəsarət alıb
12:47 9 Avqust 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayon sakini atdan yıxılaraq xəsarət alıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qarasu kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 2004-cü il təvəllüdlü Vahid Nahid oğlu Teyyubov kənddə at sürərkən yıxılıb.Yaralı dərhal ətrafdakıların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralı ağır vəziyyətdə olub və həkimlər tərəfindən ilkin tibbi yardım göstərilərək Travmatologiya şöbəsinə yerləşdirilib. 




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-15-yasli-oglan-atdan-yixil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR