Alim “cənnət” yaratdı, sonu dəhşətli oldu – FOTOLAR

1968-ci ildə alim etoloq Con Kelxun ABŞ Milli Psixi Sağlamlıq İnstitutunun bazasında maraqlı bir eksperiment həyata keçirdi. Kelxun siçan cəmiyyətinin insan cəmiyyəti ilə analogiyasını apararaq, 1780 gün davam edən bir təcrübəyə başladı.

Metbuat.az bildirir ki, təcrübəyə şərti olaraq “Siçan cənnəti” adı verildi. Təcrübənin məhz bu heyvanlar üzərində aparılmasına səbəb siçanların ömrünün qısa olmasının onu sona qədər izləməyə imkan verməsində idi. Eksperiment aparılan otaqda siçanlar üçün hər şərait yaradılmışdı.

“Siçan cənnəti” onların heç problem olmadan yaşaması üçün əlverişli temperatur , müxtəlif çeşidli yeməklər və su ilə təmin edilmişdi. Burda heyvanların təhlükəsizliyi üçün hər şərait var idi.
3840 siçan üçün nəzərdə tutulmuş bu zonada heyvanların maksimal sayı təcrübənin sonlarına yaxın 2200 təşkil etmişdi.Təcrübənin əvvəlində eksperiment zonasına 4 cüt siçovul buraxıldı. 55 gündən sonra bu siçanlar nəsil verməyə başladı. Daha 55 gün sonra sayları 4 qat artdı. Lakin 315 gün sonra siçanların artım sürəti azalmağa başladı. Siçanların sayı 600 -ə çatdıqdan sonra onlar arasında yer davası başladı. Qoca siçanlar cavan siçanları öldürməyə, yaralamağa başladı. Erkək siçanlar artıq bala gözləyən dişi siçanları qorumadı və dişi siçanlar öz klanlarını yaratmağa başladı.

İdeal şərtlər altında ömürləri ikiqat artmış qoca siçanların yerlərini gənclərlə bölüşmək istəməməsi dişi siçanları daha aqressiv hala gətirdi.

Daha sonra yeni nəsil siçanlar arasında “ gözəlçələr” adlandırılan qrup yarandı Onlar ancaq, yemək və istirahətlə məşğul olur, cinsi həvəs göstərmirdi. Elə bununla da “siçan” cənnətinin sönmə dövrü başalyır. Belə ki, heyvanlar arasında homoseksuallıq yarandı və nəsil artımına son qoyuldu. Yemək bol olsa da siçanlar bir-birlərini yeməyə başladılar.178-ci gündə son siçanların bir-birini parçalaması ilə siçan cənnətində həyat sona çatdı.

Bu təcrübəyə alimlər “ Kainat-25” adını vermişdilər. Səbəb bu idi ki, eyni təcrübə 25 dəfə təkrar aparılmış, hər birində də eyni sonluqla bitmişdi. Yəqin ki, bu təcrübə dünyanı idarə edən böyük güclərin nəzərindən qaçmamışdı. Cənnət kimi həyat yaşamağın insanlar arasında da belə nəticə verəcəyini düşünərək bu gün cəhənnəm kimi dünyanın əsasını qoydular. Amma hər bir halda son eyni olmayacaqmı? Kaş hər şeyi axarına buraxa biləydi İNSAN.

(bizimyol.info)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR