Bərdədə ahıl kişilər bir-birini bıçaqlayıb

Bərdədə ahıl kişilər bir-birini bıçaqlayıb
17:12 9 Avqust 2019
54 Digər
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda bıçaqlanma olub.
"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun Lənbəran kəndi ərazisində baş verib.
Belə ki, kənd sakinləri - 1953-cü il təvəllüdlü Şəmsəddin Səlimovla həmkəndlisi, 1957-ci il təvəllüdlü Elman Qasımov mübahisə ediblər. Mübahisə zəmnində hər iki tərəf evdən götürdükləri mətbəx bıçağı ilə bir-birini bıçaqlayıblar. 
Hər iki şəxs qarın və bud nahiyələrindən bir neçə bıçaq zərbəsi alıb. Hadisə zamanı hər iki ahıl kişi çoxlu qan itirib və huşsuz vəziyyətdə yerə yıxılıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 
Kənd sakinləri "Report"un yerli bürosuna bildirib ki, mübahisə Ş.Səlimovun mal-qarasının E.Qasımovun bağına ziyan verməsinə görə olub. Hər iki ahıl kişi cərrahiyyə əməliyyatı olunub və xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. 
Faktla bağlı araşdırmalara başlanılıb.  


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-ahil-kisiler-bir-birini-bicqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR