İrəvan Moskvaya inanmır

İrəvan Moskvaya inanmır
11:16 16 Yanvar 2015
86 Dünya
Ölkə mətbuatı
A- A+

Gümrüdə Avetisyanovlar ailəsinin altı üzvünü güllələyərək öldürən 102 hərbi bazanın əsgəri Valeri Permyakovun tutulmasına dair söz-söhbətlər yayılıb.

ANS PRESS-in məlumatına görə, ötən gün Rusiyanın Gümrüdəkli konsulluğu binasının qarşısında aksiya keçirən ermənilər Permyakovu onlara göstərməyi tələb ediblər. Onlar əsgərin tutulmadığını, sadəcə erməniləri sakitləşdirmək üçün bu cür xəbər yayıldığını ehtimal edirlər. Hətta Ermənistan parlamentinin deputatı Martun Qriqoryan aksiya iştirakçılarının qarşısına çıxaraq öz gözləri ilə Valeri Permyakovu kamerada gördüyünü də deyib. Aksiya iştirakçılarının ondan buna sübut olaraq video göstərməsini tələb etdikdə deputat əsgəri videoya çəkmədiyini deyib. O, erməniləri evlərinə dağılmağı çağırsa da bu baş verməyib.

Qeyd edək ki, Gümrüdə Avetisyanovlar ailəsinin 6 üzvü güllələnərək öldürülmüşdü. Sonradan hadisəni Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əsgəri Valeri Permyakovun törətdiyi xəbəri yayıldı. Bundan sonra əsgərin Türkiyə-Ermənistan sərhədində yerləşən Bayandur kəndində saxlandığı bildirilirdi.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirib. ASksiyada 14 nəfərin müxtəlif dərəcədə xəsarət aldığı bildirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320049

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR