99 yaşlı Bərdə sakininə ilk dəfə şəxsiyyət vəsiqəsi verildi

99 yaşlı Bərdə sakininə ilk dəfə şəxsiyyət vəsiqəsi verildi
17:27 9 Avqust 2019
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunun Mirzəxan Qaraqoyunlu kənd sakini 99 yaşlı Mustafayeva Tuyğun İmran qızına ilk dəfə olaraq şəxsiyyət vəsiqəsi verilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bərdə "ASAN xidmət" mərkəzinə müraciət etmiş 99 yaşlı sakinə şəxsiyyət vəsiqəsi onun yaşadığı evdə təqdim edilib. Tuyğun Mustafayeva jurnalistlərə müsahibəsində deyib: "Bu günə çox şükür. Şəxsiyyət vəsiqəsi almaq üçün "ASAN xidmət"ə müraciət etdim. Vəsiqəni gətirənlər də, göndərənlər də sağ olsunlar".

Bərdə regional "ASAN xidmət" mərkəzinin baş mütəxəssisi Şəbnəm Süleymanova qeyd edib ki, mərkəzlərdə 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmətlər göstərilir. Bu günədək "ASAN xidmət" mərkəzlərinə daxil olan müraciətlərin sayı 31 milyondan çoxdur.

Bərdə regional "ASAN xidmət" mərkəzi fəaliyyətə başladığı 12 mart 2015-ci ildən indiyədək 1,5 milyondan çox vətəndaş müraciəti qəbul edib. Mərkəz Bərdə ilə yanaşı, Yevlax, Mingəçevir, Ağdam, Ağcabədi, Tərtər, Füzuli, Ucar şəhər və rayonlarında qeydiyyatda olan sakinlərə xidmət göstərir. Bundan başqa səyyar avtobus xidmətləri vasitəsilə Naftalan şəhəri və Goranboy rayonu sakinlərinə də xidmət göstərilir. Vətəndaşlar mərkəzin xidmətlərindən mobil səyyar xidmət vasitəsilə də yararlanırlar.

"99 yaşlı Bərdə sakini Tuyğun Mustafayeva da şəxsiyyət vəsiqəsi almaq üçün mərkəzə müraciət edib. Mərkəzin əməkdaşları dərhal vətəndaşın yaşadığı evə gələrək sənədlərini qəbul ediblər. Bu gün Tuyğun xanımın şəxsiyyət vəsiqəsi ona evində təqdim edildi", - deyə Bərdə regional "ASAN xidmət" mərkəzinin əməkdaşı bildirib.

Qeyd edək ki, hazırda ölkəmizdə 15 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bu il Tovuz, Ağcabədi, Şamaxı, KürdəmirBalakəndə də "ASAN xidmət" mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. 2019-cu il aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində daha iki "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/777023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR