"Azəriqaz" abunəçilərinin sayını açıqlayıb

"Azəriqaz" abunəçilərinin sayını açıqlayıb
19:02 9 Avqust 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 54 341 yeni abonent qeydiyyata alınıb.
Birlikdən "Report"a verilən məlumata görə, bunun da 29 579-u Bakı, Abşeron və Sumqayıt, 24 762-si isə regionların payına düşür.
2019-cu ilin təkcə iyul ayı ərzində əhali sektoru üzrə 6 745 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4909-u Bakı, Abşeron və Sumqayıt, 1836-sı isə regionların payına düşür.
Beləliklə, 01 avqust 2019-cu il tarixinə təbii qazla təmin olunan abonentlərin sayı ölkə üzrə 2 milyon 238 min 584-ə bərabərdir. Bu rəqəmin 2 milyon 207 min 831-i əhali, 30 min 753-ü qeyri-əhali sektoruna aiddir.
Bundan başqa, Bakı şəhəri üzrə təbii qazla təmin olunan abonentlərin sayı 862 004, regionlar üzrə isə 1 milyon 376 min 580 təşkil edir.
Qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kub metr limit ayrılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azeriqaz-abunecilerinin-sayini-aciqlayib11111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR