Peterburqu suya qərq etmiş, Moskvanı qorxutmuş siklon bu dəfə Tverə üz tutub

Peterburqu suya qərq etmiş, Moskvanı qorxutmuş siklon bu dəfə Tverə üz tutub
20:17 9 Avqust 2019
70 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvada hava çox korlanıb. Bu gecə güclü külək və yağış başlanıb. Fövqəladə Hallar Nazirliyi sakinlərə tövsiyə edib ki, zəruri olmadığı hallarda evdən çıxmasınlar. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, proqnozlara görə bu hava şəraiti bu gün axşama qədər davam edəcək.

Günortadan axşam saat 6-ya qədər küləyin sürətinin saniyədə 23 metrə çatacağı gözlənilir. Şəhər parkları, zoopark, kafelərin açıq verandaları və digər küçə məkanları dünəndən bağlanıb. Fövqəladə Hallar Nazirliyi sakinlərdən ehtiyatlı olmalarını, dayanıqlı olmayan konstruksiyaların altından keçməməyi, maşınları ağacların və reklam lövhələrinin altında saxlamamağı xahiş edir.

Əlverişsiz hava şəraiti səbəbindən Moskva aeroportlarında 30-dan çox aviareys ləğv edilib. Gələn reyslərin ləğv edilməsi ilə bərabər uçuşlar da ləngiyib. Domodedovoda iki reys ləğv edilib və 14 reys ləngiyib, Vnukovoda bir reys ləğv edilib, daha 10 reysin vaxtı təxirə salınıb. Şeremetyevoda 9 reys ləngiyib.

Leysanın təsiri Sankt-Peterburqda da özünü göstərir. "Rossiya-24" telekanalının məlumatına görə, orada küçələri, metronu və ticarət mərkəzlərini su basıb.

Bu fəsadları gözləri ilə görənlər çəkdikləri foto və videoları internet şəbəkəsində yerləşdirirlər. Həmin kadrlara baxanda suda gedən maşınların yalnız damları görünür. Adamlar isə bəzi hallarda qurşağa qədər suyun içində gedirlər. Pulkovo rayonunda aeroportun yaxınlığında cəmi bir neçə saat ərzində şəhər üzrə orta normadan iki dəfə çox yağıntı düşüb. Axşam orada Moskvaya uçan bir neçə reys ləngiyib, Sankt-Peterburqa gələn təyyarələr isə səmada növbəyə düzülüblər. Buna baxmayaraq, aeroport adi rejimdə işini davam etdirib.

Sinoptiklərin proqnozlarına görə, bu gün siklon Tver vilayətini cənginə alacaq. Gözlənildiyinə görə orada bir gün ərzində aylıq normanın üçdəbir hissəsi qədər yağıntı düşəcək. Regionda güclü külək və leysan səbəbindən "narıncı" səviyyəli hava təhlükəsi elan edilib. Yağışın güclənməsinə baxmayaraq, regionda havanın hiss olunacaq dərəcədə soyuması gözlənilmir. Proqnozlara görə paytaxtda olduğu kimi Tver vilayətində də axşama yaxın hava sakitləşəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/777040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR