Bu ölkədə vətəndaşlıq qanunlarına dəyişiklik oluna bilər

Bu ölkədə vətəndaşlıq qanunlarına dəyişiklik oluna bilər
21:32 9 Avqust 2019
75 Dünya
Ölkə mətbuatı
A- A+

Estoniya parlamentinin bir qrup deputatı hökumətə vətəndaşlıq qanunlarına dəyişikliklər olunması barədə layihə təqdim edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni layihəyə əsasən, Estoniya ərazisində doğulmuş, yaşı 15 və daha aşağı olanlara vətəndaşlıq statusunun verilməsi təklif olunur. Lakin ölkənin Daxili İşlər Nazirliyi buna qəti etiraz edib. Onlar etirazın səbəbini ölkədə yarana biləcək qarışıqlıqla izah ediblər və deyiblər ki, Estoniya belə ciddi addıma hələ ki hazır deyil.

Qeyd edək ki, Estoniya qanunvericiliyinə əsasən, vətəndaşlıq ərizəsini yalnız ölkədə 8 il qanuni əsaslarla yaşamış şəxslər verə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/777028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR